“Danışıqların yeni raundu barədə təşəbbüs həyata keçirilməzdən əvvəl Zelenskidən qurtulmaq lazımdır. Yaxşı olardı ki, ukraynalılar öz prezidentləri haqqında düşünsünlər - onun vəzifədə qalması və ya onsuz davam etmək”, - istefada olan polkovnik bildirib.
Lourens Uilkersonun fikrincə, görünür, birinci variant, yəni Zelenskisiz hakimiyyət ukraynalıların daha çox ürəyincədir.
Maraqlıdır ki, iyulun 16-da “Joker DXR” resursu Ukrayna Silahlı qüvvələrinin bəzi komandirlərinin ölkədə silahlı üsyana hazırlaşdığını iddia edib.
Hələ mayın 30-da isə politoloq Vladimir Skaçko Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermakın Zelenskini ancaq dövlət çevriliş hesabına əvəz edə biləcəyini proqnozlaşdırmışdı.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


